Məhkəmələr seçki ilə bağlı şikayətlərə bu qaydada baxacaq – DETALLAR 

Hazırda oxunan: Məhkəmələr seçki ilə bağlı şikayətlərə bu qaydada baxacaq – DETALLAR 

Məhkəmələr seçki ilə bağlı şikayətlərə bu qaydada baxacaq – DETALLAR. Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov şəxsiyyətində keçirilən tədbirdə söz açıb.
203056

“Son illərdə ölkəmizdə davamlı məhkəmə-hüquq islahatları aparılır. Aparılan islahatlar nəticəsində məhkəmələrə əlçatanlığın təmin olunması, icraatda çeviklik və işlərə daha səmərəli baxılması, bütövlükdə isə ədalət mühakimənin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb”. 

Bizim.Media xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “Seçki mübahisələrinin məhkəmə qaydasında” həlli mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

İnam Kərimov qeyd edib ki, Seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır:

“Bu cür müraciətlərə birbaşa apellyasiya instansiyası məhkəmələrində baxılmasının məqsədi prosesin daha çevik idarə olunması, işlərə daha keyfiyyətli və operativ baxılmasını təmin etməkdir. Əlbəttə, məhkəmələr həmişə olduğu kimi, bu seçkilərdə də üzərilərinə düşən vəzifələri həyata keçirməyə hazırdırlar.

Seçki Məcəlləsində şikayətlərlə bağlı konkret müddətlər də müəyyən olunub. Belə ki, maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki komissiyalarının qərarlarında nşikayətlərə məhkəmələr 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxır.

Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

Apellyasiya instansiyası məhkəmələrində şikayətlərə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən baxılır.

İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin