Abel Məhərrəmova qarşı cinayət işi qaldırıla bilərmi? – Hesab tələb edənlər var

Hazırda oxunan: Abel Məhərrəmova qarşı cinayət işi qaldırıla bilərmi? – Hesab tələb edənlər var

20302

AMEA-nın akademiki, sabiq deputat Abel məhərrəmov 19 il Bakı Dövlət Universitetinə rəhbərlik edib.

Bizim.Media xəbər verir ki, Abel Məhərrəmov həm də sonuncu qurultaydan əvvəl Yeni Azərbaycan Partiyasının Siyasi şurasının üzvü olub.

Lakin onun adına indi heç hakim partiyanın Veteranlar Şurasında da rast gəlinmir.  

Yeri gəlmişkən, Abelin oğlu Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri olub. Lakin 2021-ci il aprelin 19-da Prezidentin müvafiq sərəncamlı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Onsuz da İspaniya səfərlərinin düşər-düşməzini ən çox yaşayanlardan biri elə Abel Məhərrəmovdur. Belə ki, onun rektorluğunun şərab biznesinə qurban getdiyi deyilir.

Arasıra İspaniyada oğlunun yanına uçan Abel “həm ziyarət, həm ticarət” edirmiş. Mətbuatda “Abel Məhərrəmov Madrid şəhərindəki restoranlardan birində içib dava salıb”, “Bakıdan İspaniyaya və geriyə çaxır daşıyıb”, “Səfir olan oğlu diplomatik toxunulmazlığından biznes maraqları üçün istifadə edib” başlıqlı yazılar görmək olar. 

Hazırda keçmiş rektorun nə işlə məşğul olduğunu öyrənməyə çalışsaq da, bəzi tanışları ya danışmaqdan çəkindi, ya da Abel Məhərrəmov mövzusuna qayıtmaq istəmədilər. Məlumatlı mənbənin bilgisinə görə isə Məhərrəmov hazırda Xızıdakı villasında yaşayır, Bakıya o qədər də gəlib getmir. Hər halda illərlə BDU-nun rektor maaşını yığan, Yasamaldan Andorraya kimi alveri olan adam acından ölməz. Bununla yanaşı, onun azadlıqda olması “itirilmiş nüfuzundan qalma manatlar”ı xərcləməyə imkan yaradır. 

Amma müxtəlif ictimai fəallar bu reallığa qarşıdır. Onların təbirincə desək, istefaya göndərilən Nəcməddin Sadıkov, Eldar Mahmudov, Arif Alışanov (eks AzTV sədri) və Abel Məhərrəmov da həbs olunmalıdır. 

İnsanlar anti-korrupsiya əməliyyatlarının nə zamansa keçmiş məmuralara qarşı keçirələcəyinə də ümid edirlər. Çünki dövlətin milyonlarla manat talanmış büdcəsinin sorğusunu kimsə aparmalıdır. Talançılar o pulları büdcəyə geri ödəməlidirlər deyə, düşünürlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin