Azərbaycanda 186 vakant hakim ştatı var

Hazırda oxunan: Azərbaycanda 186 vakant hakim ştatı var

Azərbaycanda Hakimlər Seçki Komitəsinin üzvü Kərəm Mansurov, hakimlərin seçim prosesini açıqlayıb və 186 vakant hakimlik vəzifəsinin olduğunu bildirib. Müşahidəçilərin iştirakı ilə keçirilən elektron imtahan prosesi obyektiv dəyərləndirilməkdədir.

203006

167 namizədin iştirakı ilə elektron qaydada hakimliyə namizədlərin seçimi prosesi həm yerli, həm beynəlxalq müşahidəçilər iştirakı ilə tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında aparılır. 

Bizim.Media xəbər verir ki, bu sözləri Hakimlər Seçki Komitəsinin üzvü, Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov jurnalistlərə açıqlamasında qeyd edib. 

O deyib ki, müvafiq qaydalara uyğun olaraq, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi tərəfindən qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanır. Daha sonra həmin suallar təsadüfi qaydada müşahidəçi və hakim namizədlər tərəfindən seçilir. 
“İmtahanda namizədlərdən tələb olunur ki, bütövlükdə kazusları hərtərəfli formada təhlil etsinlər. Həmçinin onlar hüquqi tövsifləri doğru müəyyənləşdirsinlər, öz hüquqi düşüncələrini, yanaşmalarını düzgün formada təqdim etsinlər. Həmin kazuslar ilk olaraq Hakimlərin Seçki Komitəsinin üzvləri, daha sonra isə mütəxəssislər tərəfindən yoxlanılacaq. Hazırda ölkədə 614 hakim fəaliyyət göstərir və 186 vakant hakim ştatı var. Hakimlərin Seçki Komitəsi tərəfindən savadına, səriştəsinə və peşəkarlığına güvənən hüquqşünaslar dekabrın 15-də keçiriləcək növbəti test imtahanında fəal iştiraka dəvət edilir", - deyə K.Mansurov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin