Qarabağda 3 beynəlxalq hava limanına nə ehtiyac var? - Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Qarabağda 3 beynəlxalq hava limanına nə ehtiyac var? - Deputatdan AÇIQLAMA

20294

“Laçında hava limanın inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir. Bizə ən çox müraciət edilən suallardan biri də Qarabağda 3 hava limanına hansı ehtiyacın olması barədədir”.

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.

Deputat izah edib ki, iqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad olunan ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq:

“Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı Zəfər Yoluna inteqrasiya olunduğundan tursit səfərlərini asanlaşdıracaq”.

Zəngilan Hava Limanının Zəngəzur dəhlizinə inteqrasiya olunacağını vurğulayan Vüqar Bayramov qeyd edib ki, sözügedən dəhlizin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq həm sərnişin, həm də beynəlxalq yük daşımalar baxımdan Zəngilanda hava limanına ehtiyac var idi.

O ki qaldı Laçın Hava Limanına, bu aeroport Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından lazımdır: 

“Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacibdir. İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin