Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı texniki reqlamentin təsdiq edilməsi gözlənilir.
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, bu ilin əvvəlindən qaz sayğaclarının müayinəsini həyata keçirdiyi laboratoriya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin nəzarətindən çıxarılaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna ötürülüb.
Laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra edilir. Həmçinin, qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:31 / 20.07.2024
Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı YENİLİK
Hazırda oxunan: Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı YENİLİK
Hazırda oxunan: Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı YENİLİK
Azərbaycanda qaz sayğaclarının yoxlanılması ilə bağlı texniki reqlamentin təsdiq edilməsi gözlənilir. İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti bu sahədə işlərini intensivləşdirir.
202841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.