İcazəsiz kiminsə foto və ya videosunu çəkmək məsuliyyət yaradırmı? - Hüquqi İZAH

Hazırda oxunan: İcazəsiz kiminsə foto və ya videosunu çəkmək məsuliyyət yaradırmı? - Hüquqi İZAH

202824

Şəhərin mərkəzində mütəmadi olaraq fotoqraflara rast gəlirik ki, onlar insanların xəbəri olmadan fotolarını çəkirlər. Bir çoxları şəkillərini çəkdiyi şəxsə yaxınlaşıb onun icazəsini alsa da, əksəriyyəti buna əməl etmir. Bu durum kimlərinsə xoşuna gəlsə də, insanların bir çoxunun qəzəbinə səbəb olur. Çünki ailəsi, dostları, yaxınları ilə istirahət etmək üçün şəhərin mərkəzinə yollanan vətəndaşların məxfi təhlükəsizliyinə zərər dəymiş olur.

Maraqlıdır, kiminsə icazəsiz foto və ya videosunu çəkmək məsuliyyət yaradırmı

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirrib ki, şəxsi həyata müdaxilə cinayət məsuliyyəti yaradır:

“Bizdə Konstitusiyanın 32-ci maddəsində qeyd edilib ki, razılığı olmadan heç kimin şəkil və ya videosunu çəkmək, səsini yazmaq olmaz. Konstitusiyada bu formada qeyd olunsa da, insan küçədədir, kimsə onun şəklini çəkib paylaşırsa və bu, şəxsi həyata müdaxilə deyilsə, cinayət məsuliyyəti yaratmır.

Eyni zamanda ictimai adamların, deputatların, dövlət və ya incəsənət xadimlərinin şəkil və ya videosunun çəkilməsi qadağan oluna bilməz. Digər şəxslərin isə xəbəri olmadan çəkilən şəklə və ya videoya etiraz etmək hüququ var. Bu, inzibati məsuliyyət yaradır. Amma yenə qeyd edirəm ki, şəxsi həyata müdaxilə, fərdi söhbətlərin yayılması birbaşa cinayət məsuliyyəti yaradır”, - deyə hüquqşünas əlavə efib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin