Son vaxtlar müştərilər Bakıda Bolt sürücülərinin sifarişə mobil tətbibqdə qeyd olunan maşınla gəlmədiklərindən şikayətlənirlər.
Bəs sürücülərin bu addımına səbəb nədir?
Məsələ ilə bağlı Bizim Media- ya açıqlama verən Yasin Mustafayev bunun ciddi qanun pozuntusu olduğunu bildirib:
“Azərbaycanda 11 minə yaxın nəqliyyat vasitəsi taksi kimi fəaliyyət göstərmək üçün qeydiyyatdan keçib. Ola bilsin ki, özü qeydiyyatdan keçə bilməyən bəzi sürücülər hər hansı yaxınlarının qeydiyyatlı maşını ilə sürücü kimi fəaliyyət göstərməyə cəhd edir. Bu, qanunvericilikdə qadağandır. Taksi fəaliyyəti ilə bağlı aparılan islahatlarda göstərilir ki, sürücülər həm buraxılış kartını, həm buraxılış vəsiqəsini almalıdırlar. Buraxılış vəsiqəsi sürücüyə, buraxılış kartı isə nəqliyyat vasitəsinə verilir. Əgər nəqliyyat vasitəsinin adı başqasınındırsa, sürücünün buraxılış vəsiqəsi yoxdursa, taksi gələrkən fərqli-fərqli adamlar onu idarə edirsə, bu ciddi qanun pozuntusudur”
Ekspert bildirib ki, belə hallarla rastlaşan vətəndaşlar AYNA- nın qaynar xəttinə məlumat verməlidirllər.
Bu tətbiqləri nə polis, nə də AYNA ciddi izləyə bilməz. Belə hallarla rastlaşan vətəndaşlar mütləq AYNA -nın qaynar xəttinə bildirməlidirlər ki, tədbir görülsün. Çünki qarşısı alınmasa, vəziyyət daha da pisləşəcək.
Çiçək Sadatova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 20.07.2024
Sifarişə mobil tətbiqdə qeyd olunan maşınla gəlməyən Bolt sürücülərini nə GÖZLƏYİR?
Hazırda oxunan: Sifarişə mobil tətbiqdə qeyd olunan maşınla gəlməyən Bolt sürücülərini nə GÖZLƏYİR?
Hazırda oxunan: Sifarişə mobil tətbiqdə qeyd olunan maşınla gəlməyən Bolt sürücülərini nə GÖZLƏYİR?
Son zamanlarda Bakıda Bolt sürücülerinin sifarişlərə mobil tətbiqdə qeyd olunan maşınla gəlməməsi ilə bağlı yaranan problemlər və sürücülərin mövqeyi haqqında məlumat. Sürücülərin bu addımlarının səbəbləri və nəqliyyat sahəsində qanuni tələblərin önəmi ilə bağlı şərh. AYNA-nın tədbirlər haqqında vətəndaşları məlumatlandırması və bu növ halların nəzərdən keçirilməsi vəziyyəti yaxşılaşdırmaq üçün nəsə etməli olduğu.
202808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.