Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 63 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:54 / 20.07.2024
Bir gündə 63 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Hazırda oxunan: Bir gündə 63 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Hazırda oxunan: Bir gündə 63 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Bir gündə 63 yanğına çıxış olub, 7 nəfər xilas edilib Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi əfv olunmayan təbii və texnogen hallardan qorunmaq üçün fəalliyət göstərir.
202802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.