8631 tələbə universitetdən niyə XARİC OLUNUB? - SƏBƏBLƏR

Hazırda oxunan: 8631 tələbə universitetdən niyə XARİC OLUNUB? - SƏBƏBLƏR

Azərbaycanda ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsi səbəbilə xaric olunan tələbələr haqqında maraqlı məlumatlar.
202799

2023- cü ildə Azərbaycanda ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs davamiyyətini pozduğuna və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric olunublar. Bu məlumat “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib. Xaric olunan tələbələrin çoxluq hissəsini isə təhsil haqqını ödəməkdə çətinlik çəkənlər olub.

Azərbaycan universitetlərində təhsil alan gənclər və valideyinlər illik təhsil haqlarının yüksək olmasından narazıdırlar.

Azərbaycanda universitetlərin illik təhsil haqları niyə yüksəkdir?

Mövzu ilə bağlı Bizim Media-ya açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri bildirib ki, univeristetlərdə illik təhsil haqlarının baha olmasının səbəbi onların özlərini mailiyyələşdirə bilməməsidir:

“Azərbaycan universitetləri bu gün çox təəssüflər olsun ki, özlərini tələbələrin illik təhsil haqqından başqa mexanizimlə mailiyyələşdirə bilmir. Avropa, Amerika, Uzaq Şərq Yaponiya, Sinqapur, Cənubi Kareya universitetlərinin bir çoxu müəyyən layihələrlə, elm-təhsil-biznes üçbucağının işlək xətti ilə, laborotar imkanlarla, elmi biznes yanaşmasının gətirdiyi dividendlərlə öz büdcəsini çox yaxşı genişləndirə bilir. Bizdə isə universitetlərdə elm biznes xətti, elm və istehsalat əlaqəsi xətti və.s bu kimi detallar demək olar ki, yoxdur. Heç eşitmisinizmi bizim hansısa universitetimiz müəyyən icraat və yaxud da fərdi layihəsi hesabına öz büdcəsini məhz özü formalaşdırsın? Formalaşdırmanı bir kənara qoyaq, öz büdcəsinə özü az da olsa təsir etsin? Mən eşitməmişəm. Bizdə universitetin baza büdcəsini ödənişli əsaslarla oxuyan tələbələrin illik təhsil haqları formalaşdırır. Bu illik təhsil haqları həmin univrsitetlərdə xərc adlı nə varsa - kommunal xərclər, avadanlıq və struktur alışverişləri, texniki, müəllim və professor heyyətinin əmək haqları, bir sözlə, hamısı həmin illik təhsil haqları hesabına ödənilir”.

Xarici universitetlərdə vəziyyət necədir?

Ekspert qeyd edib ki, bu gün Azərbaycan Universitetlərinin təhsil haqqı Avropadakı təhsil haqlarından dəfələrlə aşağıdır:

"Amma rəqəmlər bizi aldatmamalıdır. Çünki orda bir şəxsin illik əmək haqqı da bizimkindən xeyli fərqlənir. Yaşam keyfiyyətləri yüksək olan bir ölkədə universitetlərin illik təhsil haqqının yüksək olması normaldır. Müqayisə aparırıqsa, doğru şəkildə aparmalıyıq . Bəli bizdə rəqəmlər digər ölkələrdən seçilə bilər, amma bizdə bir vətəndaşın illik ortalama gəliri də digər ölkədəkilərdən seçilir. Bunu unutmamalıyıq”

Qeyd edək ki, Azərbaycanda dövlət universitetlərində illik təhsil haqqı 2000-6500 manat arasında dəyişir. Özəl universitetlərdə isə qiymətlər 4000-5000 manat civarındadır.

Çiçək Sadatova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin