Şəkidə çaqqal 64 yaşlı kişiyə hücum edib

Hazırda oxunan: Şəkidə çaqqal 64 yaşlı kişiyə hücum edib

Şəkidə çaqqal 64 yaşlı kişiyə hücum edib. Nəsir Nurməmməd oğlu İsmayılovun örüşdə müdafiəsi haqqında xəbər.
202771

Şəkidə örüşdə çaqqal 64 yaşlı kişiyə hucum edib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndinin inzibati ərazisində mal-qara üçün ayrılmış örüşdə baş verib.

1960-cı il təvəllüdlü Böyük Dəhnə kənd sakini Nəsir Nurməmməd oğlu İsmayılov ailəsinə məxsus mal-qaranı örüşdən evə aparmaq istəyən zaman ona caqqal hucum edərək sağ ayağın baldır nahoyəsindən xəsarət yetirib.

N. İsmayılov özünü müdafiə etmək üçün caqqalla mübarizə apararaq vəhşi heyvanı öldürüb.

Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edən N. İsmayılova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin