“Azərbaycanda yoluxma əmsalı 10 faizə yaxınlaşır” - Operativ Qərargah

Hazırda oxunan: “Azərbaycanda yoluxma əmsalı 10 faizə yaxınlaşır” - Operativ Qərargah

20270

“Mutasiyalar viruslara xasdır. Hələ ki, Hindistan ştammının xəstəliyin gedişatını ağırlaşdırmasını təsdiqləyən məlumat yoxdur. Azərbaycanda bu ştammı aşkarlayan labaratoriyalar var.

Bizim.Media xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

“Azərbaycanda statistikaya gəldikdə dünənə olan məlumata baxanda 1080 yoluxma, 2074 sağalma qeydə alınıb. Bu müsbət dinamikadır. Bu gün kəskin karantinə getmədən yoluxmaların sayında enmə müşahidə olunur. Yoluxma əmsalı 10 faizə yaxınlaşır. Bugünkü gündə epidemioloji vəziyyət nəzarət altındadır”- deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin