İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 14-18° isti, gündüz 18-23° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:27 / 19.07.2024
Güclü leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
Hazırda oxunan: Güclü leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
Hazırda oxunan: Güclü leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
Sabahın HAVASI İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Azərbaycanda yağmursuz hava gözlənilir, lakin bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Temperatur gecə 21-26, gündüz 31-36 isti olacaq. Şimal-şərq küləyi əsəcək.
202684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.