“Milli-mənəvi dəyərlərə uyğun gəlməyən verilişlər var”.
Bizim.Media xəbər verir ki, bunu Audiovizual Şuranın üzvü Bəxtiyar Qaraca Milli Mətbuatın 149-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
B.Qaraca qeyd edib ki, hazırda Həsən bəy Zərdabi və XX əsrin əvvəllərində fədakarlıqla çalışan digər milli ziyalıların ruhu şaddır:
"Bugünkü və dünənki jurnalistikadan danışarkən dəyişməyən bir məfhum var, o da obyektivlikdik. Azərbaycan Respublikasının Audiovizual Şurası müxtəlif müzakirələr aparmağa çalışır.
Hamıya məlumdur, elə verilişlər var ki, milli-mənəvi dəyərlərə uyğun gəlmir. Burada bir şeyə fikir vermək lazımdır ki, söz yenə gəlib həmin verilişi aparan jurnalistə dirənir. Biz hələ oxuyan dövrdə universitetdə olan müəllim və alimlər demokratik dəyərləri bizə ötürməyə çalışırdılar.
Milli Mətbuatın yaradıcısı Həsən bəy Zərdabinin ölümü geniş işıqlandırılıb və orada mühüm çıxışlar olub. Onlardan ən yaddaqalan Əhməd bəy Ağaoğlunun fikirləridir. "Sən bizdən ayrılırsan, amma orada əcdadlarımızı görürsən, soruş onlardan ki, bizə niyə belə bir məmləkət qoyub gediblər", - deyə Əhməd bəy çıxış edib.
Mən əminəm ki, 44 günlük müharibədən sonra onların ruhu şaddır, çünki bu məmləkət artıq firavandır", - o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:31 / 19.07.2024
“Milli-mənəvi dəyərlərə uyğun gəlməyən verilişlər var” - Audiovizual Şura
Hazırda oxunan: “Milli-mənəvi dəyərlərə uyğun gəlməyən verilişlər var” - Audiovizual Şura
Hazırda oxunan: “Milli-mənəvi dəyərlərə uyğun gəlməyən verilişlər var” - Audiovizual Şura
Milli-mənəvi dəyərlərlə uyğun gəlməyən verilişlər var - Audiovizual Şura “Milli-mənəvi dəyərlərlə uyğun gəlməyən verilişlər var”. Audiovizual Şuranın üzvü Bəxtiyar Qaraca, Həsən bəy Zərdabi və Əhməd bəy Ağaoğlu ilə bağlı düşüncələrini paylaşıb.
202671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.