Şuşa döyüşlərinin iştirakçısı olmuş zabit vəfat edib

Hazırda oxunan: Şuşa döyüşlərinin iştirakçısı olmuş zabit vəfat edib

20265

Vətən müharibəsinin iştirakçısı Rüfət Nəbizadə dünyasını dəyişib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Daxili Qoşunların hərbi qulluqçusu, leytenant R.Nəbizadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak edib Şuşaya qədər döyüş yolu keçib:

"Zabitimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

O, müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb.

Çox təəssüf ki, R.Nəbizadə ötən gün dünyasını dəyişib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin