Eldar Mahmudova məxsus “Kristal İnşaat” ləğv olundu – Sakinlər evsiz qalacaq? 

Hazırda oxunan: Eldar Mahmudova məxsus “Kristal İnşaat” ləğv olundu – Sakinlər evsiz qalacaq? 

20261

"Kristal İnşaat" MMC-nin ləğv olunduğunu elan etməsi barədə xəbərlər yayılıb. Eldar Mahmudovun oğluna aid şirkətdən mənzil alan vətəndaşların aqibəti barədə isə informasiya yoxdur. 

Bizim.Media xəbər verir ki, sözügedən şirkət köhnə Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri olan Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. 

Xatırladaq ki, Anar Mahmudovun hələ 2016-cı ildə qalmqallı yazışmaları üzə çıxıb. Həmin çatlaşmalar Ayaz Kərimovla Eldar Mahmudovun oğlu arasında olub və onlar Rabitə Nazirliyi vasitəsilə reallaşdırdıqları gizlin layihələrdən bəhs ediblər. Mesajları “Azercell” təqdim edib.

SMS-lərin birində Ayaz Kərimov Anar Mahmudova yazıb ki, “Viber”in varsa, zəng vur, danışaq, kontrakt imzalanıb. Yazışmalar rus və ingilis dillərində aparılıb. 

Qeyd edək ki, “Viber” də “Telegram” kimi “WhatsapApp”dan daha məxfi sayıldığı üçün sabiq məmur övladlarının əksəriyyəti bu proqramlardan istifadə edib. Daha dəqiq desək, sirri çox olan insanlar, məxfi işlərlə məşğul olanlar məktubları izlənməsin deyə bu tip metodlardan istifadə edirlər. Lakin axır-əvvəl həqiqət üzə çıxır.

Eldar Mahmudovun oğlunun yazışmaları üzə çıxan 2016-cı ildə onun həyat yoldaşı Aidanın Londona getdiyi barədə informasiyalar da yayılıb. Aidanın Britaniya paytaxtında yaşadığı deyilirdi. Aida Mahmudova Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin qızıdır. Cahangir Hacıyev 2016-cı ilin oktyabrında 15 il həbs cəzasına məhkum olunub. Lakin zamanında Şamaxıda bələdiyyəyə aid hektarlarla torpaq sahəsini zəbt edərək “Kometa-T” firmasının adına keçirən “Caspian Crystal Holding”in rəhbəri hələki azadlıqdadır. 

Mahmudovlarla bağlı ən son xəbərə qayıtsaq, eks MTN rəisinin oğluna aid “Kristal İnşaat” MMC ləğv olunub. Burada bir neçə sual yaranır.

Əgər onların qurduqları tikinti biznesinin rüşvət və çirkli pullar üzərində dayandığı isbatlanarsa, nə olacaq? Gələcəkdə Anar Mahmudovun mülkünə həbs qoyularsa, nə baş verəcək? Mahmudovların satqıları evləri alanların mənzil sənədi saxta sayılacaq? Vətəndaşlar evsiz qalacaq?

Bu və digər suallara cavab tapmaq üçün əmlak məsələləri üzrə ekpert Ramil Qasımzadə ilə əlaqə saxladıq. Ekspert bildirdi ki, oradan mənzil alanlar heç də narahat olmasın:

“Çünki mənzil tikinti kooperativlərində binalar həmin (alıcı) vətəndaşların hesabına inşa olunur deyə sırf olaraq MTK-lar o binanın tikintisini həyata keçirir. O vaxt problem yaranar ki, başa çatdırılmayan tikintilərdə ləngimələr ola bilər. Bundan da çıxış yolu var. Həmin mənzil mülkiyyətçiləri, yəni, orada ev almış vətəndaşlar o işləri digər bir şirkətə ötürə bilərlər. Yaxud ləğv olunmuş şirkətin hüquqlarını digər bir firma üzərinə götürər. 

Sənədləşmə ilə bağlı hər hansı bir problemin yaranacağına inanmıram. Çünki binaların qanunsuz tikilməsi də absurddur. Binalar tikilməzdən qabaq, hazırda da həm Arxitektura Komitəsi, həm də rayon və Bakı Şəhər İcra Hakimiyyətləri tərəfindən tələblər nəzərə alınmaqla müvafiq icazələr verilir. 

Tikinti prosesinin ancaq yubanması ola bilər. Amma bu, oradan mənzil alan vətəndaşların hüquqlarına təsir göstərməyəcək”.

 Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin