Kürdəmirdə avtomobil qəzası baş verib, 64 yaşlı Bakı sakini ağır bədən xəsarəti alıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyoto” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Vidadi Alıyev Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil bir neçə dəfə fırlanaraq, yol kənarına aşıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu