Baş Prokurorluq Masallıda ekologiyaya həsr edilmiş konfrans təşkil edib - FOTO/VİDEO

Hazırda oxunan: Baş Prokurorluq Masallıda ekologiyaya həsr edilmiş konfrans təşkil edib - FOTO/VİDEO

Baş Prokurorluq Masallıda ekologiyaya həsr edilmiş konfrans təşkil edib. Azərbaycan Respublikasının 2024-cü ilini 'Yaşıl dünya naminə həmrəylik ili' elan etməsi ilə əlaqədar tədbirlər davam edir. Konfransda ecologiya, yaşıl dünya və ekoloji təhlükəsizlik mövzuları müzakirə olunub.
202561

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, iyulun 18-də Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Başprokrorluğu tərəfindən təşkil edilib. 

Bizim.Media xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Masallı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə ərazisində ekoloji mühitin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də paytaxtda və respublikamızın bütün bölgələrində yaşıllaşdırma işinə xüsusi önəm verildiyini qeyd edib. 

Konfransda aktual mövzular üzrə çıxışlar edildikdən sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında “Yaşıl dünya naminə” səmərəli müzakirələr aparılıb, təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Televiziyası tərəfindən ərsəyə gətirilmiş “Azərbaycanın ekoloji siyasəti” adlı sənədli film izlənilib.

Sonda xatirə fotoşəkli çəkilib.
 










Sabutay, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin