Əkizlərdən biri öldü, digərinin vəziyyəti ağırdır - Gəncədə - VİDEO 

Hazırda oxunan: Əkizlərdən biri öldü, digərinin vəziyyəti ağırdır - Gəncədə - VİDEO 

202560

16 iyul 2024-cü il tarixdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olan 2024-cü il təvəllüdlü körpə Dərya Həsənova həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Xəstəxananın qəbul şöbəsinin pediatrı Yüksəl Hüseynli Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə  Şəmkirin Dəllər Cəyir qəsəbəsinin sakinləri olan əkiz bacılar şöbəyə daxil olarkən vəziyyətləri ağır olaraq dəyərləndirilmişdir:

“Daxil olan əkizlərin vəziyyəti xəstəxananın neonatoloji şöbəsinin əməkdaşları tərəfindən ağır qiymətləndirilmiş və tibbi protokola uyğun olaraq göstərilən bütün səylərə baxmayaraq, onlardan birinin D. Həsənovanın həyatını xilas etmək mümükün olmayıb.

Dünən axşam saatlarında körpənin dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı diaqnozu ilə ölümü qeydə alınıb” deyə həkim əlavə edib. 

Həkimin sözlərinə görə digər əkizin  vəziyyəti ağır olduğundan Şəmkir rayon mərkəzi xəstəxanasının göndərişi ilə Bakı şəhərinə göndərilib. 
 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin