Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Akif Abbasov dəfn olunub. 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Əhmədli kənd sakini şəhid Abbasov Akif İlyas oğlunun dəfn mərasimi Gəncə şəhər Şəhidlər Xiyabanında baş tutub.
Bizim.Media xəbər verir ki, şəhidin dəfnində yaxınları, eləcə də Daşkəsən və Gəncə ictimaiyyəti, Türkiyənin Gəncədəki baş konsulluğunun nümayəndələri iştirak edib. Şəhidin cənazə namazı Daşkəsəndə, ailəsinin yaşadığı evdə qılınıb, dualar oxunub. Sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Orxan Abbasov şəhidin qardaşı Nizaməddin Abbasova təqdim edib.
Qeyd edək ki, şəhid Akif Abbasov 1 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb.
Məqsəd Rəhimov, Bizim.Media,Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:16 / 18.07.2024
Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO
Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO
Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov Gəncədə dəfn olundu - FOTO
Birinci Qarabağ müharibəsində şəhid olan Akif Abbasovun Gəncədəki dəfn mərasimi ilə bağlı məlumatlar.
202554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.