Birinci Qarabağ müharibəsinin itkin şəhidi Yaşar Kərimov sabah Neftçalada DƏFN OLUNACAQ - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin itkin şəhidi Yaşar Kərimov sabah Neftçalada DƏFN OLUNACAQ - FOTO

202480

Azərbaycan Ordusuna könüllü kimi qatılmış və uzun illərdir itkin sayılan 1967-ci ildə Neftçalanın Aşağı Qaramanlı kəndində doğulmuş Yaşar  Ələkbər oğlu Kərimovun şəxsiyyəti aidiyyəti qrumlar tərəfindən müəyyən edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin nəşinin sabah doğulduğu kənddə dəfn ediləcəyi gözlənilir.

Qeyd edək ki, Yaşar Kərimov 1993-cü ildə Ordumuzun tərkibinə qatılıb və Ağdamın işğalından sonra ondan hər hansı məlumat almaq mümkün olmayıb. Döyüş bölgəsində olan və onu tanıyanların məlumatına görə, Yaşar Ağdamın mərkəzi hissəsinə soxulan ermənilərlə sona qədər vuruşan əsgərlərimizin sırasında olub. 
Haqqında sonradan hər hansı məlumat olmadığından müvafiq prossedurlara uyğun olaraq ona itkin statusu verilib.

Erməni təcavüzünə qarşı döyüşə yollananda Yaşar evli olub və həmin vaxt Elmir adlı yeganə övladı yaş yarımlıq imiş. Ailədə 5 övladdan biri olan şəhidimiz döyüşlərə qatılmazdan əvvəl Neftçala yod-brom zavodunda çalışıb. 

Yaşarın itkin düşdüyü uzun illərdə bu nisgilə dözməyən atası və həyat yoldaşı vəfat edib. 

Xatırladaq ki, Neftçalanın Aşağı Qaramanlı kəndindən itkin sayılan 4 hərbiçimiz var. Onlardan biri də Yaşar Kərimov idi.

Ailədən verilən məlumata görə, hazırda şəhidimizin 3 yaşlı nəvəsi var və o, babasının ad-soyadını daşıyır.




Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin