Nəyə görə onkoloji xəstəliyə daha çox varlılar tutulurlar? – ARAŞDIRMA 

Hazırda oxunan: Nəyə görə onkoloji xəstəliyə daha çox varlılar tutulurlar? – ARAŞDIRMA 

Niyə onkoloji xəstəliklər varlı insanları daha çox tutur? Psixoloq Əfsanə Rüstəmova və Surxay Atakişiyevdən bilmək maraqlıdır.

202441

Alimlər yeni bir araşdırma ilə dünyanı xeyli təəccübləndiriblər. Belə ki, alimlərin son araşdırması nəticəsində məlum olub ki, zəngin insanların yoxsul insanlardan daha çox xərçəngə tutulma ehtimalı var. 

Finlandiyanın Helsinki Universitetində sosial-iqtisadi vəziyyətlə  bir sıra xəstəliklər arasında əlaqə araşdırılıb.

Nəticələr göstərib ki, maddi durumu yüksək olan insanlar döş, prostat və digər xərçənglər üçün genetik risk altındadır. Digər tərəfdən, daha az imkanlı insanlar genetik olaraq diabet, artrit, depressiya, alkoqolizm və ağciyər xərçənginə daha çox meyllidirlər.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən psixoloq Əfsanə Rüstəmova bildirdi ki, insan üçün yarandığı ilk gündən bilinən tək bir gerçək var:

“O da ölümdür. Bu o deməkdir ki, hamımız düşünürük ki, bir uşaq doğulacaq, yeriyəcək, məktəbə gedəcək, evlənəcək, qocalacaq və sonda öləcək. Reallıqsa onu göstərir ki, heç də bütün doğulanlar bu marofonu başa vura bilmir. Bir uşaq doğulur, amma yeriyə bilmir, yaxud məktəbə getmədən ölür. Yəni bizim xəyalən qurduğumuz ardıcıllıq pozulur, zəncir qırılır. Amma bütün bunlara rəğmən insanın öləcəyi gerçəyi heç zaman dəyişmir. 

Bəlkə də buna görə hər bir insan özünü real həqiqətə-ölümə hazırlayır. Bu hazırlıq prosesində isə hər bir insan özünə müxtəlif cür ölüm arzulayır, bunun planını cızır. Məsələn, bəziləri arzu edir ki, o qəfil ölsün. Ölümün gəlişini hiss eləməsin. Amma bəziləri arzu edir ki, ölümün gəlişini hiss eləsin və özünü o ölümə hazırlasın. Bu hazırlıq prosesində də yarımçıq qalmış işlərini yekunlaşdırsın. Planlı və mərhələli ölümü isə əsasən iş adamları, zəngin adamlar arzu edir.

Çünki, qəfil ölüm onların bütün planlarını poza bilir. Nəzərə alaq ki, onkoloji xəstəlik məhz mərhələli ölümdür. Bu xəstəliyin daşıyıcısı olanlar artıq ölümün yaxınlaşdığını hiss edir. Ona görə də ölüm anına qədər qalan vaxtı fürsət bilib yarımçıq qalan işlərini tamamlamağa çalışır”. 

Psixoloq onu da qeyd etdi ki, həyatdan heç bir gözləntisi olmayan, hansısa ciddi plan qurmayan insan qəfil ölümü arzu edir:

“Bunlar da əsasən imkansız adamlardır. Çünki, onların itirəcəyi çox şey yoxdur. Ona görə də hər bir insan arzuladığı kimi ölür. Kimisi qəfildən, kimisi də yavaş-yavaş ölür. Bu mənada varlı adamların onkoloji xəstəliyə yoluxması məntiqlidir. Bəziləri bunu başqa cürə də yoza bilər. Guya ki, varlılar daha çox stress yaşayır, qorxu və həyəcan keçirir. Amma yenə deyirəm hər kəs istədiyi ölümü yaşayır. Bu bəlkə də ilahi bir hikmətdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin