Yazıçı Anar da deputatlığa namizəd olacaq? – Özündən AÇIQLAMA 

Hazırda oxunan: Yazıçı Anar da deputatlığa namizəd olacaq? – Özündən AÇIQLAMA 

Yazıçı Anar deputatlığa namizəd olmayacaq məsajı verdi. Anar Rzayev, deputatlıq haqqında açıqlama etdi və heç vaxt deputatlığa namizəd olmayacağını bildirdi.
202404

Xəbər verildiyi kimi, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Artıq 3 gündür ki,  növbədənkənar parlament seçkilərində nаmizədlliklərini irəli sürən şəxslərin qeydə alınması prosesi davam edir. Bu müddət avqust ayının 2-si saat 18:00-dək olan dövrü əhatə edəcək.

Sosial şəbəkələrdə yayılan iddialara görə, Azərbaycan Yazıçılarr Birliyinin sədri Anar Rzayev də bu il deputatlığa öz namizədliyini verəcək.

Bizim.Media məsələni dəqiqləşdirmək üçün yazıçının özü ilə əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

YAP bütün seçki dairələrindən namizədlər irəli sürəcək


Yazıçı Anar saytımıza açıqlamasında bildirib ki, deputatlığa namizəd olmayacaq:

“Mənə bu barədə neçə dəfə müraciət ediblər, demişəm ki, mənim elə bir fikrim yoxdur. Bu informasiyaları təzədən kim çıxarır, bilmirəm. Sosial şəbəkələrdə yayırlar, deməli başları xarab olub. Mənim deputatlığa namizəd olmaq kimi fikrim yoxdur. “İstəmirəm” söhbəti deyil, sadəcə belə fikrim yoxdur”.

Qeyd edək ki, yazıçı Anar bir neçə ay əvvəl açıqlamalarından birində “Mənə heç kim deputatlığa namizədliyimi irəli sürməyimlə bağlı təklif etməyib. Təklif gəlsə, onda fikirləşərəm...” demişdi.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin