Son günlər çəklişə getdiyim tədbirlərdə yaşadıqlarım məni illər əvvvələ - köçgünlük illərinin ən ağır günlərinə qaytardı.
Çadır düşərgəsində yerləşən çadır məktəbin sinif otaqlarında dərs bitən kimi dostumgilə qaçırdıq. Namiq Əminin çadırına... Kişi həm uşaqlıq dostum Nurlanın atası, həm də kəndçimiz və qohumumuz idi.
Nuralanla da dalaşıb dost olmuşduq deyə çox mehriban idik. Çatan kimi Yaqut bibi necə deyərlər Allah verəndən bir qismət süfrə açıb bizi yedizdirib rəhmətlik Tamaşa nənənin çadırına yola salırdı ki, birlikdə dərslərimizi hazırlayaq. Tamaşa nənə Nurlanın ata nənəsi idi. O da Yaqut bibi kimi çox mehriban və istiqanlı adamıydı.
Amma həmişə qara kəlağayıda və qara libasda bir kötüyün üstündə oturub həm bizə nəzarət edirdi, həm də dərin və mənalı baxışlarla gözün yola zilləyirdi. Bir gözü gülür, biri ağlayırdı... Hərdən dodağının altında nəsə danışır, qırış bağlamış üzünə qəmginlik tonu verən dərin gözləri elə zillənirdi ki, elə bilirdim o Allahla söhbət edir.
İllər keçdi.
Artıq biz yuxarı sinifin şagirdləriydik. Xatirələrini danışanda bildim ki, Tamaşa nənənin oğlu Səməndər əmi Ağdamın Şahbulaq dağı ətrafında gedən döyüşlərdə itkin düşüb. Nə öldüsü bilinir, nə qaldısı... Mən onda da nənəni yaxşı başa düşmürdüm, ta ki özüm valideyn olana qədər... Nəysə... Bir gün Tamaşa nənə möhkən xəstələndi. Xəstəlik arvadı ölüm yatağına yıxdı.
Hər gün daha biraz ağırlaşdı. Hər yerdən həkim çağırdılar. Hamısı eyni şeyi dedi, yaşaması mümkünsüzdür. O, ölüm yatağında olduğu halda günlərlə canın tapşırmırdı. Canı boğazına yığışmışdı. Amma bütün gücünü toplayıb işığı kəsilmiş gözünü çadırın qapısına zilləmişdi. İgid balasını - Səməndər əmini gözləyirdi. Səhv etmirəmsə onun pencəyini qoxlatdılar burnu ilə dərindən çiyərinə çəkdiyi nəfəsi geri qaytarmadı. Vəfat etdi... Nigaran baxışlarları onun donmuş üzünün son ifadəsi idi.
Bundan başqa daha bir dostum Bəxtiyar Hümbətovla görüşüb dərdləşəndə o, nənəsi Mənzər arvadın Bakıda vəfat etmə anını danışdı.
Hekayə eynidir, Ağdamın Əliağalı kəndindən köçkün düşən Mənzər nənə Səməndər İsgərdərovla eyni gündə itkin düşən oğlu Dilsuz Hümbətovun yolunu gözlədiyi üçün ölüm yatağında can vermirmiş. Axırda Dilsuzun şəklin gətirib sinəsinin üstünə qoyurlar. O da şəklə baxıb bu dünya üçün son nəfəsini verib və həyatdan köç edib...
Azərbaycan dövlətinin işğalçılar üzərində qazandığı şəriksiz qələbədən sonra ölkənin hər yerinə şəhid tabutları gəlir. Hansı ki, üçrəngli bayrağa bürünmüş tabutların içərisində dəfn olunan igid oğullar illərdir ki, öz məzarını gözləyirdi. Şanlı Azərbaycan Əsgərinin yaylım atəşinin sədalarını, hərbi orkestrın qururlandıran dövlət himini səsləndirilməsini, bir də Vətən üçün gözünü yolda qoyduğu analarının ruhunu şad etməyi.
Siz təsəvvür edirsiniz? Onların ölüm tarixi ilə doğum tarixi arasında 32 il fərq var. Amma doğmaları Allaha şükür, Cənab Prezidentə isə təşəkkür edirlər. Əziz şəhidlərimizə isə rəhmət oxuyurlar...
Rahatlıqla demək olar ki, ilahi ədalət öz yerini tapır. Həm məzarsız şəhidlərin, həm də onların intizarı ilə dünyadan nakam köçən valideynlərin ruhu şaddır.
Bu ədalətin bərpasında cəmi bir imza var: Dəmir Yumuruq! O dəmir yumruq ki, onun zərbəsi Azərbaycan ordusu, Azərbaycan xalqı və onun rəhbəri İlham Əliyevdən güc alır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:29 / 17.07.2024
32 illik NİSGİLİN SONU – Artıq onların da ruhu şaddır - FOTO
Hazırda oxunan: 32 illik NİSGİLİN SONU – Artıq onların da ruhu şaddır - FOTO
Hazırda oxunan: 32 illik NİSGİLİN SONU – Artıq onların da ruhu şaddır - FOTO
32 illik NİSGİLİN SONU – Artıq onların da ruhu şaddır - FOTO Son günlər çəklişə getdiyim tədbirlərdə yaşadıqlarım məni illər əvvvələ - köçgünlük illərinin ən ağır günlərinə qaytardı.
202391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.