Hövsandakı istirahət mərkəzində tullantı yerlərinin müəyyənləşmədiyi AŞKARLANDI

Hazırda oxunan: Hövsandakı istirahət mərkəzində tullantı yerlərinin müəyyənləşmədiyi AŞKARLANDI

202302

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda keçirilən tədbir zamanı Hövsan qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birində tullantı yerlərinin müəyyənləşdirilmədiyi aşkar edilib.

Tullantı emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulmasına görə həmin istirahət mərkəzinin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu sahədə tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin