“Nərmin həyat yoldaşımdır deyə deputatlığa namizəd olmasın?” – Tural Abbaslıdan GİLEY

Hazırda oxunan: “Nərmin həyat yoldaşımdır deyə deputatlığa namizəd olmasın?” – Tural Abbaslıdan GİLEY

Tural Abbaslı və Nərmin Abbaslı parlament seçkilərinə namizəd olmaqla bağlı münasibətləri barədə məlumat. İkram İsrafilin də deputat olmaq istədiyi haqqında ətraflı məlumat.

202247

Xəbər verdiyimiz kimi Ağ Partiyanın sədri Tural Abbaslı və onun həyat yoldaşı, Ağ Partiyanın sədr müavini Nərmin Abbaslı parlament seçkilərinə qatılacaqlar.

Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı isə 43 saylı Sumqayıt seçki dairəsində namizədliklərini irəli sürüblər.
 

MÖVZU İLƏ BAĞLI:

İlqar Məmmədovla Tural Abbaslı eyni dairədən namizədlik verir? - AÇIQLAMA 


Tural Abbaslının qayınatası, Nərmin Abbaslının atası İkram İsrafil də deputat olmaq istəyir. Belə ki, Milli Məclisin 3-cü çağırış deputatı olmuş İkram İsrafil Müsavat Partiyasının üzvüdür. O, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

Son günlər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən məsələ ilə bağlı Tural Abbaslının münasibətini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki,  müxalifətdə olmaq imtiyaz deyil, problem və yükdü:

“O cümlədən də deputatlığa namizəd olmaq imtiyaz deyil. Belə olsa idi, bu günə kimi minlərlə insan deputatlığa namizəd olardı. Deputat olmaq, lap elə deputatlığa namizəd olmaq belə məsuliyyətin altına girməkdir, mübarizədir.

Bu gün mənim qardaşım da, həyat yoldaşım da Ağ Partiyanın idarə heyətinin üzvu, bu partiyanın yaradıcılarıdır. Nərmin mənim həyat yoldaşımdır deyə deputatlığa namizəd olmasınmı? Yaxud qardaşımdır deyə o öz hüquqlarından imtinamı etsin?! Bəs,  qayınatam. Bu adam həyatını siyasətdə keçirib. Mən onunla ən azı 4 parlament seçkisində namizəd olmuşam. İkram bəy bir dəfə deputat da olub. Biz ailəlikcə siyasətdəyik. Həyat yoldaşım mənimlə ailə qurmamışdan əvvəl siyasətçi ailəsində böyüyüb. Onun atası deputat idi, partiya funksioneri idi. Mən də siyasətlə məşğul olan bir ailədə dünyaya göz açmışam. Ona görə də bu bizim işimizdir, gündəlik qayğılarımızdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin