Masallı rayonunda körpə ölümü qeydə alınıb.
Bizim.Media xəbər verir ki, rayonun Böyuk Təklə kənd sakini 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova Masallı Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.
Ananın müayinəsi aparılıb və Lənkəran regional Perinatal Mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olunmalıdır və orada qalmağı məsləhət görülüb.
Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S.Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.
Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:34 / 16.07.2024
Masallıda 17 yaşlı ananın körpəsi ölü DOĞULDU
Hazırda oxunan: Masallıda 17 yaşlı ananın körpəsi ölü DOĞULDU
Hazırda oxunan: Masallıda 17 yaşlı ananın körpəsi ölü DOĞULDU
Masallıda 17 yaşlı ananın körpəsi ölü DOĞULDU. Rayonun Böyuk Təklə kənd sakini olan ananın doğum səbəbi ilə bağlı yaşadığı problemlər və həkim səhlənkarlığına dair hadisə.
202244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.