İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, Xocalı rayonunun Malıbəyli kəndində də tikinti-quraşdırma işləri davam etməkdədir.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, "Böyük Qayıdış" Dövlət Proqramı üzrə, doğma yurda növbəti köçün ünvanı qədim tarixə malik Malıbəyli kəndi olacaq.
"Bakı Abadlıq Xidməti" MMC-nin Malibəyli layihəsi üzrə rəhbəri, memar Çağlar Nuyan oxu.az-a açıqlamasında bildirib ki, ilkin mərhələdə doğma torpağına qayıdacaq sakinləri qarşılamaq üçün bütün işlər - yeraltı kommunikasiya (qaz, su, işıq, rabitə) xətlərinin çəkilişi tamamlanmaq üzrədir.
"İlk köçəcək sakinlərin fərdi ev birləşmələri hazırdır. Yararsız binalar sökülərək, eyni yerdə yeni evlər tikilir, iaşə obyektlərinin inşası başa çatmaqdadır, gözəl parklar, özəl dizayn verilmiş yaşıllıqlar salınır. Yeni çoxmərtəbəli binalarda olacaq mənzillər isə ailə sayına görə, planlı şəkildə, 2, 3, 4 otaqlı olmaqla sahiblərinə təqdim ediləcək".
Çağlar Nuyanın sözlərinə görə, bu layihə üzərində çalışan memarların səyi ilə Malıbəyli kəndi Qarabağın ən gözəl və müasir kəndlərindən biri kimi tanınacaq.
"Hazırda işlər sürətlə davam edir, dövlət qurumları tərəfindən müəyyənləşmiş müddətlərə ciddi riayət olunur", - deyə Ç.Nuyan bildirib.
Malıbəyli kəndindən görüntüləri təqdim edirik:
- A-
- A
- A+
Cəmiyyət
02:35 / 16.07.2024
Malıbəyli sakinlərini qarşılamağa hazırlaşır - Eksklüziv görüntülər - VİDEO
Hazırda oxunan: Malıbəyli sakinlərini qarşılamağa hazırlaşır - Eksklüziv görüntülər - VİDEO
Hazırda oxunan: Malıbəyli sakinlərini qarşılamağa hazırlaşır - Eksklüziv görüntülər - VİDEO
Malıbəyli sakinlərini qarşılamağa hazırlaşır - Eksklüziv görüntülər - VİDEO İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, Xocalı rayonunun Malıbəyli kəndində də tikinti-quraşdırma işləri davam etməkdədir.
202194
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.