Qamət POZĞUNLUĞU – Uşaqlarda onurğa əyriliyi halları niyə ARTIB?

Hazırda oxunan: Qamət POZĞUNLUĞU – Uşaqlarda onurğa əyriliyi halları niyə ARTIB?

Uşaqlarda qamət pozğunluğunun artmasının səbəbi ilə bağlı mütəmadi müşahidələr aparılır. Həkimlər və ekspertlər bu artışın əsas səbəblərini və mövcud durumu müzakirə edir. Həkim-cərrah Adil Qeybulla və mütəxəssis Nuranə Daxilqızı mövzunu təhlil edir.

202091

Son illərdə insanların bədən quruluşlarında əyriliklər, skolyoza oxşar forma, qamətin əyilməsi halları müşahidə olunur. İnsanların böyük əksəriyyəti düz qamətli deyil, çiyinlər önə əyilmiş vəziyyətdədir. Bu vəziyyət paytaxt Bakıda daha çox müşahidə olunur. 

Bədən quruluşundakı əyriliklərin səbəbi nədir?

Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, müşahidələr göstərir ki, zaman-zaman nəsillər arasında akselerasiya və retardasiya deyilən hadisələr baş verir: 

“Akselerasiya fiziki inkişafın əqli inkişafı üstələməsidir. Yəni uşaqlar öz yaşıdlarından daha iri görünürlər. Retardasiya isə cırlaşma deməkdir. Burda isə əksinə, əqli inkişaf fizikini üstələyir.

İnsan həm də ətraf aləmin, iqlimin təlatümlərinə, temperatura, maqnit sahəsinin dəyişməsinə görə insanlar da fərqliləşir. Bu adaptasiyadır, buna filogenetika deyilir. Yəni insan o qədər yavaş-yavaş dəyişilirsə, onu gözlə görmək mümkün olmur. Əlbəttə ki, 400-500 il bundan əvvəlki ilə indiki insanın analizlərində, qan təhlillərində, boyunda “N” qədər fərqlər var”. 

A.Qeybulla qeyd edib ki, təəssüf ki, bu məsələ neqativ istiqamətə gedir:

“Düzdür, orta ömür uzunluğu artıb. Çünki qabaqki dövrdə, xüsusən 19-cu əsrə qədər pandemiyalar çox olub deyə, insanlar çoxsaylı şəkildə qırılırdılar. Təbii ki, insanların dəyişməsi həm də buna bağlıdır.

Digər tərəfdən, günümüzdə çəki almış adamların da sayı daha çoxdur, nəinki hərəkətlilərin.. Bu da xəstəliklərin əsasında dayanır. İnsanların kütləvi idmanla məşğul olması, sağlam qidalanması çox vacibdir. Kütləvi idman ümumi genofondun sağlamlaşdırılmasında çox mühüm məsələdir. Qadınlarda da, kişilərdə də oynaqlarda problemlər müşahidə olunur. Bu da özlüyündə boya, qamətə, hərəkətinə, fiziki aktivliyinə təsir edir”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı - bəndinə uyğun olaraq hazırlanıb.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin