Gəncədə xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov prospektində hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın əvvəlcə yol kənarında işıq dirəyinə, sonra isə 3-4 metr aralıqda olan ağaca çırpılıb.
Hadisə nəticəsində iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu