Alimlərin 20 illik İDDİASI - Siqareti tərgidənlər də xərçəngə yoluxur?

Hazırda oxunan: Alimlərin 20 illik İDDİASI - Siqareti tərgidənlər də xərçəngə yoluxur?

Alimlərin 20 illik İDDİASI - Siqareti tərgidənlər də xərçəngə yoluxur? Xərçəngin formalaşmasında siqaretin təsiri nə qədərdir? Yerli ekspertlərin fikirləri.
202055

İngiltərədə aparılan yeni bir araşdırmaya görə, iyirmi il əvvəl siqareti tərgidənlərin belə xərçəngə tutulma riski yüksəkdir. Siqaret çəkənlərin isə xərçəngə yoluxma faizi artıb.

Bəs yerli ekspertlər necə düşünür? Siqaretin xərçəngin formalaşmasında təsiri nə qədərdir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov qeyd edib ki, xərçəngin əmələ gəlməsi tibbə məlum olmayan məsələdir:
 

MÖVZU İLƏ BAĞLI:

Elektron siqaretlərlə bağlı XƏBƏRDARLIQ – “Xərçəngə səbəb olur”


“Hələ ki alimlər bu məsələ üzərində çalışırlar. Düzdür müəyyən irəliləyişlər və risk faktorları tapılsa da, tamamilə aşkar etmək mümkün olmayıb.

Xərçəng xəstəliyinin bilavasitə yaranma səbəbinə ən çox təsir göstərən faktor nədir, bilinmir. Ancaq tibbi praktikada həkimlərin apardığı müşahidələr, statistik məlumatlar onu göstərir ki, bəzi vasitələr insan orqanizmində xərçəng xəstəliyinin yaranmasında önəmli faktorlar olur. Bu xəstəliyin yaranmasının risk faktorları içərisində birinci yerdə həmişə nikotin dayanır. 

Yəni siqaretin nikotinin qəbul olunması nəticəsində ağciyərlərdə xərçəng yarana bilər. Amma siqaret çəkməyən insanlar da bu xəstəlikdən sığortalanmayıb. ikinci əsas faktorlar genetikdir. Əgər genetikada bu xəstəlik varsa və şəxsin bədənindəki genetik kod öz təsirini göstərə bilirsə, bu xəstəlik yaranır. 
Elmdə sübut olunub ki, insan siqareti tərgitdikdən doqquz il sonra siqaret çəkməyən insanın orqanizmi səviyyəsinə düşür. Hələ ki qəbul edilmiş qaydalar bunlardır. Alimlərin 20 il iddiası üçün əsaslı faktlar olmalıdır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin