Bakıda kafe sahibindən hədə-qorxu yolu ilə 200 min manat pul tələb etməkdə təqsirləndirilən Sakit Əlişov və Şahin Quliyevin apellyasiya məhkəməsi sona çatıb.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxslər - Sakit Əlişov və Şahin Quliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev Nəsimi rayonu ərazisində yerləşən "Şeyx Lahmacun" dönər evinin sahibinin başına dəmir parçası ilə xəsarət yetiriblər. Daha sonra onun azyaşlı oğlunu zirzəmidə stula bağlayıb bıçaqla hədələyərək 200 000 manat verilməsini tələb ediblər.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:24 / 14.07.2024
Kafe sahibindən 200 min manat tələb edən şəxslər barədə QƏRAR VERİLDİ
Hazırda oxunan: Kafe sahibindən 200 min manat tələb edən şəxslər barədə QƏRAR VERİLDİ
Hazırda oxunan: Kafe sahibindən 200 min manat tələb edən şəxslər barədə QƏRAR VERİLDİ
202019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.