Şəhid ailəsinin evinə basqın edildi - FOTO 

Hazırda oxunan: Şəhid ailəsinin evinə basqın edildi - FOTO 

Şəhid Cavad İsmayılovun ailə evinə basqın edilib, həyatını itirən şəhid ailəsinin evi soyulma cəhdləri ilə üzləşib. Hadisə Salyanın Sarvan kəndində baş verib.
201833

Salyanın Sarvan kəndində şəhid Cavad İsmayılovun ailəsinin evindən oğurluq etmək istəyiblər. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib. 

Şəhid ailəsinin evini talamaq istəyən şəxs planlaşdırdığı cinayəti başa çatdıra bilməyib.  

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, sözügedən evə qanunsuz olaraq daxil olmağa cəhd edilib.  

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. 

Qeyd edək ki, 20 yaşlı İsmayılov Cavad Asif oğlu 2020-ci ilin dekabrında idarə etdiyi “KamAz” markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin