Əqli Mülkiyyət Agentliyi vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.
Agentlikdən Bizim.Media-ya bildirilib ki, qurumun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunələrinin ekspertizası şöbəsinin Fizika sektorunda məsləhətçi-ekspert (1 yer) və İlkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunda məsləhətçi-ekspert (1 yer) yerləri vakantdır.
Müsahibədə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:
-ərizə;
-ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali məktəblərində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidən hazırlanma keçmə haqqında sənədin surəti (ali təhsil haqqında diplomun surəti əlavə olunmaqla);
-kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir);
-bir ədəd ağ fonda olan rəngli fotoşəkil (40 mm x 60 mm);
-son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.
Seçim zamanı neft-qaz mədən, neft-mexanika, cihazqayırma mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kənd təsərrüfatı avadanlığı, neft kimyası, üzvi kimya, fizika və maşınqayırma ixtisaslarına yiyələnmiş şəxslərə üstünlük veriləcək.
Namizəd Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı bilməlidir.
Ərizələr iyulun 15-dən avqustun 30-dək qəbul ediləcək. Ərizələr şəxsən (iş günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə və ya [email protected] elektron poçtla təqdim oluna bilər.
Müsahibə zamanı namizədin bilik səviyyəsi, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üzrə zəruri olan bacarıqları yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Ətraflı məlumatı 960 “Çağrı mərkəzi”dən əldə etmək olar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:52 / 13.07.2024
Əqli Mülkiyyət Agentliyi vakant vəzifələrin tutulması üçün müsahibə elan edir
Hazırda oxunan: Əqli Mülkiyyət Agentliyi vakant vəzifələrin tutulması üçün müsahibə elan edir
Hazırda oxunan: Əqli Mülkiyyət Agentliyi vakant vəzifələrin tutulması üçün müsahibə elan edir
201801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.