Sağlam ailə bağlarını necə YARADAQ? – Maraqlı TƏKLİF

Hazırda oxunan: Sağlam ailə bağlarını necə YARADAQ? – Maraqlı TƏKLİF

Sağlam ailə bağlarının necə yaradıldığı haqqında maraqlı məqalə. Cənubi Koreyanın intihar hallarına qarşı aldığı tədbirlər Azərbaycana da nümunə olaraq gətirilə bilərmi? Psixoloq Samirə Abdullayeva məsələni şərh edir.

201738

Son illər bütün dünyada intihar halları çoxalıb. Belə bədbəxt hadisələrin sayını azaltmaq üçün bəzi ölkələr müxtəlif layihələrə əl atır. Məsələn, Cənubi Koreyada iş yerlərində və dövlət müəssisələrində intiharın qarşısının alınması üzrə təlimlər keçiriləcək.

Ölkənin Səhiyyə Nazirliyi artan intihar halları ilə mübarizə səyləri çərçivəsində məktəblərdə, iş yerlərində, dövlət müəssisələrində və xəstəxanalarda intiharın qarşısının alınması üzrə keçirilən təlimlər məcburi olacaq.

Nazirliyin gücləndirilmiş rejimi intiharla bağlı maarifləndirmə prosesini ən yüksək səviyyəyə çatdıracaq. Bunun üçün müvafiq qanunlara düzəlişlər ediləcək.

Cümə günündən etibarən məktəblərdə, iş yerlərində, dövlət qurumlarında və xəstəxanalarda intihar hallarına qarşı ildə bir dəfə dərslər baş tutacaq. Təlim və dərslər onlayn və ya üz-üzə qruplar vasitəsilə həyata keçirilə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Sağlam insanın əlillə evlənməsi niyə QINANILIR? - Maraqlı AÇIQLAMA


Azərbaycanda da intihar hallarının qarşısını almaq üçün müxtəlif proqramlar həyata keçirilir. Buna baxmayaraq, ölkəmizdə də intihar halları baş verir. 

Bu fonda intihar hallarına qarşı mübarizədə Azərbaycanda da Cənubi Koreyada baş tutan sözügedən layihə həyata keçə bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Avropa Psixoloq və Pedaqoqlar Cəmiyyətinin üzvü Samirə Abdullayeva düşünür ki, Cənubi Koreyada intihar hallarına qarşı həyata keçirilən tədbirlər paketini Azərbaycana da adaptasiya etmək olar:

“Amma bütün hallarda mövcud vəziyyət Azərbaycanda Koreyada olduğu qədər o dərəcədə də acınacaqlı deyil. İntihar səbəbləri müxtəlifdir. Burada iqtisadi, sosial, psixoloji faktorlar böyük rol oynayır. Hər şeyin kökündə isə insanın psixoloji sağlamlığı dayanır. Psixoloji baxımdan sağlamıqsa, istənilən çətinliyin öhdəsindən gələcəyik. Cənubi Koreya yüksək inkişaf etmiş ölkə olmasına baxmayaraq, intihar halları bu ölkədə daha çoxdur. Çünki həmin cəmiyyətdə rəqabətə tab gətirmək çətindir. Hər kəs yalnız uğura meyllənib.

Uğuru olmayan insan artıq kimsəyə maraqlı deyil. Azərbaycanda da hər imtahandan sonra yeniyetmələr arasında intihar halları çoxalır. Koreyadakı intihar hallarına qarşı həyata keçirilən tədbirin ölkəmizdə də tətbiqinə gəldikdə, öncə intiharların kökündə dayanan səbəblərin nə olduğu araşdırılmalıdır”. 

“Cəmiyyətimizdə cahillik baş alıb gedir…”

Həmsöhbətimiz qeyd edir ki, internet resurslarının bolluğuna baxmayaraq, cəmiyyətimizdə cahillik baş alıb gedir:

“Dünyada baş verən intihar hallarının artmasının kökündə mənəvi dəyərlərin zəif olması dayanır. Bu mənada Koreyada həyata keçirilən tədbirlər paketini Azərbaycana da adaptasiya etmək olar. Lakin bütün hallarda Yaponiya, Cənubi Koreya, Skandinaviya ölkələrilə müqayisədə ölkəmizdə intihar məsələsi daha kəskin deyil. Yəni mövcud vəziyyət Azərbaycanda o dərəcədə də acınacaqlı deyil. Uşaqlıqdan insanlara həyatı dəyərləndirməyi öyrətməliyik. Həmçinin, sağlam ailə bağlarımız olmalıdır. Kimisə narahat görəndə ən azından ona dəstək verməliyik”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin