Genetik PROBLEMLƏR - Azərbaycanda irsən keçən və çox yayılan xəstəliklər hansılardır?

Hazırda oxunan: Genetik PROBLEMLƏR - Azərbaycanda irsən keçən və çox yayılan xəstəliklər hansılardır?

Genetik xəstəliklər Azərbaycanda ne qədər yayılıb? Həkimlərin deyimi ilə hər əlilin biri qohum nikahlarından irsən xəstəliklərdən dünyaya gəlir. Məqalədə, talassemiya, şəkərli diabet, xərçəng kimi genlərin və xəstəliklərin yayılması və qorunması ilə bağlı ətraflı məlumat verilir.
201689

Xəstəliklərin bir qisminin irsi olduğu hər kəsə məlumdur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son məlumata görə, yeni doğulan uşaqların 6 faizi genetik xəstəliklərlə dünyaya gəlir. Bu xəstəliklər hər biri özünü kəskin şəkildə biruzə vermir. Bəzi xəstəliklər xüsusi analizlərlə müəyyən olunur. Bəzisi isə müəyyən yaş həddinə çatdıqdan sonra özünü göstərir.

Hazırda 4-6 min gen xəstəliklərinin olduğu bildirilir. Ən çox talassemiya, əqli zəiflik, psixi xəstəliklər, boyun inkişafdan qalması, şəkərli diabet və digər xəstəliklərə rast gəlinir. 

Bəs Azərbaycanda irsən keçən və çox yayılan xəstəliklər hansılardır?
 

MÖVZU İLƏ BAĞLI:

“Hər 3 əlildən biri qohum nikahlarından doğulur” – Həkimdən SENSASİON AÇIQLAMA


Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya deyib ki, Azərbaycanda irsi yolla keçən xeyli sayda xəstəlik var:

“Xəstələrin bir qrupu da irsi yolla keçir. Bunun üçün uşaq hər iki valideyndən genlər götürməlidir. Bunlar xromosom xəstəlikləri, talassemiya daşıyıcılığı, yəni hemoqlobinopatiyalardır. Bunlar arasında talassemiya daşıyıcılığı və xəstəliyi geniş yayılıb. Amma bir sıra hallarda da irsi meyillilik var. Məsələn, ata, ana xətti ilə şəkərli dibetə meyillilik var, bu, özü də birbaşa olmasa da irsi faktorun rolunun olması deməkdir”.

Həkimin sözlərinə görə, xərçəng xəstəliyinin növlərində də bu faktor özünü göstərir:

“Bir sıra xəstəliklər, məsələn, nəsillikcə xərçəngin olması, hazırda xəstənin analizi götürüləndə onun kitabçasına anasında, xalasında süd vəzi xərçənginin olması qeyd olunur. Gen ağacının çox ciddi rolu var, çünki uşaq hər iki valideyndən gen götürür, burda da xəstə genlərin götürülməsi imkanı həmişə qalır. Bu yaxınlarda yaxın qohumların evlənməsi ilə bağlı qanun qəbul olundu.

Əslində, bu qanunun əsas hədəfi irsi xəstəliklərin mümkün qədər qarşısını almaqdır. Düzdür, cəmiyyətdə buna müəyyən müqavimət oldu. Düşünürəm ki, genofondun sağlamlaşdırılması istiqamətində  vacib addımdır. İnsanlar əslində buna düşünərək getməli idilər. Bunun qanun halına salınması yenə də ümumi işimizin xeyrinədir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin