Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində “Ford Fusion” markalı minik avtomobilinin yanması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürlüb.
Avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb.
Bizim.Media