Sağlam insanın əlillə evlənməsi niyə QINANILIR? - Maraqlı AÇIQLAMA

Hazırda oxunan: Sağlam insanın əlillə evlənməsi niyə QINANILIR? - Maraqlı AÇIQLAMA

Sağlam insanın əlillə evlənməsi niyə QINANILIR? Psixoloqların və həkimlərin mövzuları əsasında cəmiyyətdə belə evliliklərə nəzər yetirilir.

201593

Sosial mediada tez-tez gördüyümüz fiziki qüsurlu gənclərlə sağlam insanların evlilik xəbərləri və toy videoları müzakirələrə səbəb olur. İzləyicilər arasında belə evlilikləri dəstəkləyənlərlə yanaşı, tənqid edənlər də az deyil.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Əfsanə Rüstəmovanın sözlərinə görə belə evliliklər cəmiyyətdə yalnış dəyərləndirilir.

“Bir şəxsin əlil olması “onun tamlığında qüsur var” anlamına gəlmir. Tamlığında qüsur olan adamın cinsi istəyi olmur və o adamlar digər heç bir sağlamlıq problemləri olmasa belə evliliyə uyğun olmur. 

Hər hansı fiziki əngəli olmayan insan əlil olan insanla evlənəndə biz həmin insanı alqışlayırıq. Çox yaxşı və fədakar insan kimi təqdim edirik. Əslində problem olan budur. Çünki hal-hazırda normal dediyimiz evliliklərdə qadınlar və ya kişilər bir çox şeylərdə güzəştə gedirlər. Əks cinsin kaprizlərinə, çətinliklərinə göz yumurlar. Dərindən fikirləşsək, bunun özü də bir əngəldir. Amma, biz o qadınları və ya o kişiləri alqışlamırıq. Belə evliliklərə duyğu sömürüsü edərək yanaşdıqda həmin insanları alçaltmış oluruq. Cəmiyyət güya yaxşı birşey eləyir, onlarla evlənənləri dəstəkləyir, halbuki biz məsələyə  psixoloji aspektdən baxanda həmin cümlələrin tərcüməsi bundan ibarətdir: “Vay-vay bu yazığı filankəs almasaydı, heç kim almazdı. Necə böyük ürəkli adamdır, getdi həyatını belə birinə qurban verdi”. Heç kəs iki gəncin hər şeyə rəğmən bir-birini sevdiyi üçün evləndikləri ehtimalını düşünmür. Amma bizə heç kəs ixtiyar verməyib ki, həmin şəxslərin hər hansı bədən əzası bizdən fərqlidir, ya da əskikdir deyə onlara bu davranışı göstərək”.

Bəs belə ailələrin gələcəkdə doğulacaq uşaqlarının sağlamlığında problemlər olur?

Həkim, terapevt Rasif Bağırovun sözlərinə görə isə həyat yoldaşını qohumlarından seçən gənclərin övladlarının fiziki qüsurlu olması böyük ehtimaldır:

“Fiziki qüsurlu gənclərin sağlam insanlarla ailə qurmasından dünyaya gələn körpələrin isə qüsurlu olması faizi yox qədər azdır. Əlil olan insanların ailə qurması normal bir haldır. Onların gələcək övladlarının da tam sağlam dünyaya gəlməsi mümkündür”. 

Çiçək Sadatova, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin