Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda yekun qərar qəbul edilib.
Vidadi Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti məhkum yazıçıya təyin edilmiş 8 il 3 ay azadlıqdan məhrumetmə cəzasını qanunauyğun hesab edib. Qərara əsasən, şikayət əsassız sayılaraq təmin edilməyib.
Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümova isə şərti cəza verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:50 / 11.07.2024
Əjdər Ol haqda SON QƏRAR verildi
Hazırda oxunan: Əjdər Ol haqda SON QƏRAR verildi
Hazırda oxunan: Əjdər Ol haqda SON QƏRAR verildi
Əjdər Ol haqda SON QƏRAR verildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb. Əjdər Olun azadlıq cəzası qanunauyğun hesab edilərək təsdiqlənib.
201588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.