Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan şəhər və kəndlərimiz haqqında videoçarx yayımlayıb.
Bizim.Media xəbər verir ki, “Qarabağın, Şərqi Zəngəzurun yeni siması” adlı videoçarxda Şuşa, Laçın, Füzuli, Xocalı şəhərləri, Laçın rayonunun Sus, Zabux, Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış kəndlərində keçmiş məcburi köçkünlər üçün yaradılan şəraiti əks etdirən görüntülər yer alıb.
Videoçarxı təqdim edirik.
Bizim.Media