2 nömrəli avtobus niyə 40 dəqiqədən bir GƏLİR? – AYNA-dan AÇIQLAMA 

Hazırda oxunan: 2 nömrəli avtobus niyə 40 dəqiqədən bir GƏLİR? – AYNA-dan AÇIQLAMA 

201583

Paytaxt marşrut avtobuslarının problemlərindən biri də intervaldır. Sərnişinlər səhər və axşam saatlarında bəzi avtobusları yarım saat və daha çox gözləyirlər. Hər keçən dəqiqə dayanacaqda insan sayı artıdığından avtobusda sıxlıq yaranır. Şəhərdaxili avtobuslarda kondisionerlər quraşdırılsa da, sərnişin çoxluğundan, istidən ayaqüstə yol getmək dözülməz olur.

Belə marşrut avtobuslardan biri Beynəlxalq Avtovağzaldan Nəriman Nərimanov rayonu marşrut xətti üzrə hərəkət edən 2 nömrəli avtobusdur.

Redaksiyamıza müraciət edən bir neçə sərnişin sözügedən marşrut avtobusunu hər gün gur saatlarda 40 dəqiqədən çox gözlədiklərini deyirlər. Xatırladaq ki, yay ayları olduğu üçün Bakıda çalışan işçilərin bir qismi məzuniyyətə, tələbələr isə tətilə çıxıblar. Üstəlik, iyun ayının 30-u ictimai nəqliyyatda gediş haqlarının artırılması keyfiyyətin və rahatlığın təminatına xidmət etməli idi. Görünən odur ki, payızda durum bundan da pis olacaq.

Bəs marşrut avtobuslarının intervalının həddən artıq çox olmasına səbəb nədir? 2 nömrəli avtobusların sayı artırıla bilərmi?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın soğusuna cavab olaraq bildirilib ki, adı çəkilən avtobusun intervalı 6-7 dəqiqədir:

“2 nömrəli marşrutda sərnişin təlabatına uyğun olaraq mütəmadi 20 ədəd avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Lakin şəhərin müəyyən yollarında yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb olur”.

Günay Şahmar, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin