Lisey və gimnaziyalara qəbulun nəticələri AÇIQLANDI 

Hazırda oxunan: Lisey və gimnaziyalara qəbulun nəticələri AÇIQLANDI 

Lisey və gimnaziyalara qəbulun nəticələri AÇIQLANDI 2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olundu. Şagirdlər qəbul nəticələrini sy.edu.az platforması üzərindən öyrənə bilərlər. 21694 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb. 3731 nəfər mərkəzi imtahanlı lisey və gimnaziyalara qəbul olunub.
201570

2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olundu. 

Təhsil İnstitundan Bizim.Media-ya verilən məlumata görə, şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq qəbul nəticələrini öyrənə bilərlər. 

Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə, şəxsi kabinetlərinə daxil olaraq 18 iyul 12:00-a qədər qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri şəxsi kabinetdən təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək. Lisey yaxud gimnaziyaya qəbul olan və valideyn modulundan təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək. 

Qeyd edək ki, qəbul imtahanında iştirak edən 29480 şagirddən 21694 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb. Seçimdə iştirak edən 17003 şagirddən 3731 nəfəri mərkəzi imtahanlı lisey və gimnaziyalara qəbul olunub. 

Qəbul nəticələri ilə bağlı müraciətlər 16 iyul saat 12:00-a qədər ARTİ-nin rəsmi elektron ünvanına ([email protected]) edilə bilər. 

Müvafiq keçidə daxil olmaqla keçid balları ilə tanış ola bilərsiniz: 

Keçid balları 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin