Son günlər mətbuatda Azərbaycan gəmilərinin “qara siyahıya” salınması ilə bağlı yazılar dərc olunur. “Paris MOU” Liman Dövlət Nəzarəti üzrə Paris Anlaşma Memorandumunun hazırladığı siyahı haqqında demokrat.az saytının sorğusunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) cavablandırıb.
Bizim.Media-nın məlumatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib ki, sözügedən siyahının Beynəlxalq Dəniz Təşkilatına (IMO) aidiyyatı yoxdur:
“Siyahı “Paris MOU” (Liman Dövlət Nəzarəti üzrə Paris Anlaşma Memorandumu) tərəfindən hazırlanıb və bunun gəmilərimizin fəaliyyətinə ciddi təsiri yoxdur.
2023-cü ildə ümumilikdə iki dəfə gəmilərə “Paris Mou” tərəfindən texniki uyğunsuzluq aşkarlandığı üçün irad bildirilib, həmin uyğunsuzluqlar da elə gəmilər limanda olarkən aradan qaldırılıb.
Nəzərinizə çatdıraq ki, hazırda ASCO-ya aid 10 gəmi Azərbaycan bayrağı altında dünya sularında üzür. Onların həm “Paris MoU”ya üzv olan ölkələrin, həm də digər ölkələrin limanlarına giriş-çıxışında hər hansı maneə və yaxud da məhdudiyyət yoxdur.
Nəzərinizə çatdıraq ki, bu qərar yox, statistik siyahıdır və əvvəldə də qeyd etdiyimiz kimi, siyahı IMO tərəfindən açıqlanmayıb. “Paris MoU” tərəfindən hazırlanan siyahıda ağ və ya boz pillədə yer almaq üçün isə tərəfimizdən zəruri addımlar atılır və bu tədbirlər davam etdiriləcək”.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC IMO-nun bu qərarının Azərbaycanın və ACSO-nun imicinə hanaı təsiri göstərəcəyi barədə sualımızı belə cavablandırıb:
“Siyahının Azərbaycanın və ASCO-nun imicinə hər hansı mənfi təsiri yoxdur. Ümumiyyətlə, bu siyahı mütəmadi yenilənir və bundan əvvəl Azərbaycan bayrağı altında üzən gəmilər dəfələrlə ağ və boz siyahıda yer alıb.
Qeyd etdiyimiz kimi, yenidən siyahıda irəliləmək üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək.
Onu da əlavə edək ki, dünyada "Paris MoU" kimi bir çox təşkilat var. Bunlara misal olaraq, "Black Sea MoU", "Tokyo MoU", "Mediterranian MoU", "Carribian MoU", "Indian Ocean MoU"nu göstərə bilərik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:24 / 11.07.2024
Gəmilərimizin “qara siyahı”ya salınması ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Gəmilərimizin “qara siyahı”ya salınması ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Gəmilərimizin “qara siyahı”ya salınması ilə bağlı RƏSMİ AÇIQLAMA
Gəmilərimizin “qara siyahı”ya salınması ilə bağlı RƏSMİ AÇIQLAMA - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) Paris MOU həqiqiyyəti barədə məlumat verib.
201544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.