İyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sumqayıt şəhər prokurorluğu yayıb.
İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:55 / 11.07.2024
Sumqayıtda zavodda 53 nəfər zəhərləndi - Cinayət işi başlandı
Hazırda oxunan: Sumqayıtda zavodda 53 nəfər zəhərləndi - Cinayət işi başlandı
Hazırda oxunan: Sumqayıtda zavodda 53 nəfər zəhərləndi - Cinayət işi başlandı
Sumqayıtda zavodda 53 nəfər zəhərləndi - Cinayət işi başlandı. İşçilərin qida zəhərlənməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə cinayət işi açılmışdır.
201519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.