"Qanunsuz tikililərlə bağlı mübarizə Bərdədə ən yüksək səviyyədə aparılır. Zaman-zaman çoxsaylı qanunsuz tikintiyə cəhd halları olsa da, bunun qarşısı alınıb".
Bizim.Media xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda qanunsuz tikililərə göz yumduğu üçün töhmət alması barədə xəbərə münasibətində deyib.
Həmin məlumatda bildirilir ki, FHN və Arxitektura və Şəhərsalma Komitəsinin birgə yoxlaması zamanı Bərdədə çoxsaylı tikililər aşkarlanıb və buna görə Prezident Administrasiyası tərəfindən Vidadi İsayevə töhmət verilib.
İcra başçısı FHN, Dövlət Əmlak Xidməti və Arxitektura və Şəhərsalma Komitəsinin belə bir yoxlama apardığını təsdiqləyib:
"Ancaq bu yoxlama təkcə Bərdədə deyil, bütün rayonlarda, şəhərlərdə aparılır. Bu məsələlər cənab prezidentin diqqətindədir. Tikintiyə məsul qurum da icra hakimiyyəti deyil. Mövcud qanunvericiliyə görə, bir neçə qurumun razılığından sonra tikinti aparılmalıdır. Bərdədə də bunlara ciddi nəzarət olunur. Ancaq mənə töhmət verilməsi barədə məlumat doğru deyil".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:31 / 10.07.2024
Töhmət aldığı deyilən icra başçısı DANIŞDI
Hazırda oxunan: Töhmət aldığı deyilən icra başçısı DANIŞDI
Hazırda oxunan: Töhmət aldığı deyilən icra başçısı DANIŞDI
201415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.