Könül Xasıyevadan AÇIQLAMA – “Səhhətim normaldır, əməliyyat olunmamışam”

Hazırda oxunan: Könül Xasıyevadan AÇIQLAMA – “Səhhətim normaldır, əməliyyat olunmamışam”

Könül Xasıyevanın əməliyyat olduğu barədə məlumatın təkzib edilməsi ilə bağlı son məlumatlar

201377

Xalq artisti Könül Xasıyevanın ürəyindən əməliyyat olunduğu barədə məlumat dərc etmişdik. Könül Xasıyevanın xəstəxanalardan birinin palatasında özünün və həkim personalı ilə çəkilən fotolarının izləyiciləri ilə bölüşdüyünü qeyd etmişdik.

Yazı dərc olunandan sonra Xalq artisti Bizim.Media-ya ilə əlaqə saxlayaraq əməliyyat keçirmədiyini və səhhətində hər hansı narahatlığının olmadığını bildirib. Sadəcə həkim müayinəsindən keçdiyini qeyd edən Xalq artisti özünü yaxşı hiss etdiyini və evdə olduğunu vurğulayıb.

Könül Xasıyeva ilə bağlı məlumatı özü ilə dəqiqləşdirilmədən dərc etdiyimizə görə sənətkardan üzrxahlıq edir və sağlam olmasını diləyirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin