Hacıqabul rayonunun Meyniman kəndində Kür çayı üzərində yerləşən üzən su nasosu nasosxana ilə birlikdə suya batıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, nəticədə Meyniman kəndi bir həftədir susuz qalıb.
Kənddə əkin sahələrini suvarmaq üçün suvarma suyu yoxdur. Hazırda nasosxananın sudan çıxarılması üçün tədbirlər görülür.
Qeyd edək ki, belə nasoxanaların məhsuldarlığı 350-550 kubmetr saatdır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.