Azərbaycanda üç kanalın yayımı DAYANDIRILACAQ 

Hazırda oxunan: Azərbaycanda üç kanalın yayımı DAYANDIRILACAQ 

Azərbaycanda üç kanalın yayımı 3 saatlıq dayandırılacaq. Audiovizual Şurasının iclasında lisenziya, yayım və müstəsna yayım hüququ ilə bağlı qərarlar verilib. Şuraya müraciətlər nəticəsində Aznet Technologies, Metaflix və Megogo cəmiyyətlərinə 5 ədəd lisenziya verilib. Həmçinin, ATV, ARB və ARB Günəş kimi kanalların yayınının 3 saatlıq dayandırılması qərarlaşdırılıb.

201257

Audiovizual Şurasının iclası keçirilib, iclasda bir sıra məsələlərə baxılıb.

Bizim.Media xəbər verir ki, ilk olaraq audiovizual media sahəsində fəaliyyətlə bağlı lisenziya alınması üçün müraciətlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu media subyektləri 10 min manat cərimə oluna BİLƏRLƏR – RƏSMİ


Belə ki, Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlərin müvafiq yoxlamaları nəticəsində "Aznet Technologies" Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (operatorun xidmət adı: "Aznet" olmaqla) lisenziyası, "Metaflix" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Metaflix" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları, "Megogo" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Megogo" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla ümumi 5 lisenziya verilib.

Daha sonra iclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticəsində müstəsna yayım hüququnun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirə olunub.
Monitorinqlər nəticəsində "ATV" televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, "ARB" televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 aralığında, "ARB Günəş" televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə saat 18.25-19.29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapıb.

Şura üzvlərinin bu məsələnin diqqətdə saxlanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının ("ARB 24" MMC-nin "ARB" kanalının, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının "ATV" kanalının və "RTV" MMC-nin "ARB Günəş" kanalının) proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin