Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.
Belə ki, Sumqayıt sakinləri - 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.
Onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media