Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğın FHN-nin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media