Elektrikli avtomobillər SONSUZLUQ yaradır? – Mütəxəssisdən MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Elektrikli avtomobillər SONSUZLUQ yaradır? – Mütəxəssisdən MÜHÜM AÇIQLAMA 

Elektriklə işləyən avtomobillərin insan sağlamlığına sonsuzluq yaradıb yaratmadığı haqqında mütəxəssislərın açıqlamaları. Elektromobil alıcılara mühüm məlumatlar. Tibb doktorunun elektrikli avtomobillərin insan sağlamlığına təsirinə dair fikirləri.

201053

Elektriklə işləyən avtomobillərdən istifadə getdikcə çoxalır. Məlumdur ki, bu avtomobillər ekoloji cəhətdən təmiz hesab olunur və yanacaq sərfiyyatına qənaət edir. Amma iddalara görə ətraf mühitin çirklənməsinin qarşısını alan bu avtomobillərin insan sağlamlığına mənfi təsiri var. Mütəxəssislərin bildirdiyinə görə elektrikli avtomobillərdə mövcud olan şüanın çoxluğu kişilərdə sonsuzluq yaradır.

Bəs bu iddialar nə qədər doğrudur? 
 

MÖVZU İLƏ BAĞLI:

Elektromobil almaq istəyənlər üçün MÜHÜM AÇIQLAMA


Tibb elmləri doktoru, professsor Adil Qeybulla Bizim Media-ya açıqlamasında bildirib ki, elektrikli avtomobillərin insan sağlamlığına zərərini müəyyən etmək üçün zaman lazımdır. 

“Elektrik avtomobillər istehsala təzə buraxılıb və onların insan orqanizminə zərərləri  yaxın vaxtda müəyyən edilə bilməz. Buna bəlli bir zaman lazımdır. Bu avtomobillər birinci növbədə ekologiyanı nəzərə alaraq buraxılıb.

Burada orqanizm üçün təhlükəli  bir maqnit sahəsindən söhbət getmir. Bu cür şayiələr insanlar arasında tez yayılır və onları qorxudur, amma bir şeyi nəzərə almaq lazımdır ki bununla bağlı xəstəliklərə nəzarət üzrə dünyanın aparıcı mərkəzləri məlumat verir” ,- deyə o bildirib. 

Çiçək Sadatova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin